Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşəcək
11:02 18 Yanvar 2020
NATO baş katibinin müavini, səfir Mirça Coane yanvarın 20-də NATO-nun mənzil qərargahında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşəcək.
Femida.az bu barədə NATO-nun saytına istinadən məlumat verir.
Qeyd edək ki, Azərbaycanla NATO arasında əməkdaşlığın vacib mərhələsi 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə başlayıb.
Azərbaycan ümumi maraq kəsb edən bir çox məsələlər üzrə “Sülh naminə tərəfdaşlıq” prinsipləri əsasında NATO ilə siyasi dialoq aparır. Müxtəlif format və səviyyələrdə keçirilən siyasi dialoq çərçivəsində tərəflər regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, Əfqanıstanda sabitliyin təmin olunmasına töhfə, təhlükəsizlik sahəsində yaranan problemlər, tərəfdaşlıq kimi məsələləri müzakirə edir.
Femida.az
Oxunub: 572
Oxşar xəbərlər
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- Hikmət Hacıyev Azərbaycanın Ukraynaya humanitar yardımından danışıb
- Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb
- Hikmət Hacıyev yenidən İranın Azərbaycandakı səfiri ilə görüşüb
- Hikmət Hacıyev Şuşaya gələn diplomatlara təşəkkür etdi
- Hikmət Hacıyev NATO rəsmisilə görüşdü
- Hikmət Hacıyevdən qondarma soyqırımla bağlı açıqlama
- Hikmət Hacıyev 3 ölkənin media rəhbərləri ilə görüşüb
- Hikmət Hacıyev minalanmış ərazilərdən yazdı
- Hikmət Hacıyevdən erməni kilsəsinin sökülməsi iddialarına münasibət