Bakıda uşaq evində azyaşlını döyən müəllim işdən çıxarılıb - RƏSMİ


11:15     18 Yanvar 2020 2020/01/FotoJet-(3)_1579332014.jpg


Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllimin uşağı döyməsi ilə bağlı məlumat yayıb.

Femida.az xəbər verir ki, məlumatda deyilir:

"Bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanmışdır. Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür.

Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş vermişdir. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunmuşdur", idarədən bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1997