Qəbələdə 3 otaqlı evdə yanğın olub


11:31     18 Yanvar 2020 yangin_38673636.jpg

Qəbələdə yanğın hadisəsi qeydə alınıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Qəbələ rayonunun Seyidqışlaq kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 55 m² sahədə və 2 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 621