Sumqayıtda yolda kişi meyiti tapılıb


12:59     18 Yanvar 2020 bomj2.jpg

Sumqayıtda yolda kişi meyiti tapılıb.


Femida.az-ın məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonu ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıtda avtomobil yolunun kənarında bir kişi meyitinin olması barədə polis idarəsinə məlumat daxil olub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda onun şəxsiyyəti və ölüm səbəbi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 545