"Bütün deputatlığa namizədlər üçün bərabər şərait yaradılıb" - MSK sədrinin müavini


13:27     18 Yanvar 2020 2020/01/819034_1579339723.jpg

Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin bərabər şərtlərə dayanan təşviqat kampaniyasının keçirilməsi üçün lazımi bütün addımları atıb.


Femida.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, bütün dairələr, hətta bütün rayonlar ərazisində açıq və qapalı yerlər müəyyənləşdirilib. O xatırladıb ki, ümumilikdə respublika üzrə 270 açıq və qapalı yer müəyyən edilib:

"Həmin yerlər də namizədlərin sərəncamındadır. Namizədlər dairə seçki komissiyalarına (DSK) məlumat verməklə həmin yerlərdən heç bir çətinlik olmadan istifadə edə bilərlər. Eyni zamanda, ödənişli təşviqatla da bağlı MSK-ya təxminən 40 KİV müraciət edib. Namizədlər həmin KİV-lərin imkanlarından da bərabər şəkildə istifadə edə bilərlər".

Femida.az

Açar sözlər:

Oxunub: 527