İmtahanlara qeydiyyat başlayıb


16:58     18 Yanvar 2020 20_01_18_1579340327.jpg


Dövlət İmtahan Mərkəzi sınaq imtahanlarına qeydiyyata start verib.


Femida.az xəbər verir ki, buraxılış və qəbul proqramı üzrə sınaq imtahları onlayn şəkildə keçiriləcək.

İmtahanlar həm Azərbaycan, həm də rus bölməsinin şagirdləri üçün nəzərdə tutulur. Belə ki, IX sinif şagirdləri buraxılış, XI sinif şagirdləri isə ali məktəblərə qəbulun I, eləcə də II mərhələ -fənn blokları üzrə imtahanda iştirak edə bilərlər.

Qeyd edək ki, imtahanda iştirak etmək istəyən şagirdlər keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 838