Keçmiş məhkumdan 12 kq narkotik götürülüb


13:48     18 Yanvar 2020 20_01_18_1579340945.jpg

Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qarayev saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətindən isə əlavə olaraq 12,6 kiloqram marixuana, habelə evindən “Revolver” markalı tapança aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 573