Cinayət törədən 42 nəfər saxlanılıb


15:26     18 Yanvar 2020 2018/09/cinayet-hebs-genc-696x522_1538212023.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilən 35 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 554