Masallı sakinindən narkotik və soyuq silah götürülüb


15:30     18 Yanvar 2020 2020/01/Capture_1579341959.jpg

Masallı sakinindən narkotik və soyuq silah götürülüb.


Femida.az-ın verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə Masallı şəhər sakini, 1988-ci il təvəllüdlü Məhərrəməli Fəzail oğlu Məmmədov saxlanılıb. Onun üzərinə baxış zamanı 3 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,391 qram psixotrop maddə metamfetamin aşkar olunub. M.Məmmədova məxsus avtomobildən isə baxış zamanı 12 bükümdə, ümumi təmiz çəkisi 17,76 qram psixotrop maddə metamfetamin, 2 ədəd metadon tərkibli dərman preparatı, 1 bükümdə, təmiz çəkisi 145,020 qram narkotik vasitə tiryək, 1 ədəd soyuq silah hesab olunan xəncər və 1 ədəd mətbəx bıçağı aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi üzrə istintaq aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 563