Bakıda qardaşını öldürənin apellyasiya şikayətinə baxılıb


19:31     18 Yanvar 2020 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Ağaməli Kərimovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.


Femida.az -ın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, A.Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2018-ci ilin oktyabr ayında Bakıda baş verib. Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Ağaməli Kərimov evində münaqişə zəminində qardaşı Ədili bıçaqla qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Açar sözlər:

Oxunub: 674