Bakıda 31 yaşlı kişi narkotikdən zəhərlənərək ölüb


20:58     18 Yanvar 2020 20_01_18_1579358441.jpg

Bakıda küçədə meyit tapılıb.

Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, rayon sakini, 1989-cu il təvəllüdlü Əsgərov Ədalət Hacıbaba oğlu olması müəyyən edilib.

Meyitin ilkin müayinəsi zamanı Ə. Əsgərovun narkotikdən zəhərlənərək öldüyü məlum olub.



Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 768