Zaqatala sakininin üstünə ağac aşıb


09:09     19 Yanvar 2020 agac%20altinda.jpg

Zaqatalanın Sumaylı kənd sakini, 1974-cü il təvəllüdlü Süleyman Hizbullah oğlu Bayramov rayon ərazisində meşəlik ərazidə ağac kəsən zaman xəsarət alıb.

Femida.az-ın məlumatına görə, onun kəsdiyi ağac üstünə aşıb. Ağır xəsarət alan S.Bayramova Zaqatala Mərkəzi Rayon Xəstəxanasında ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 771