Tramp bütün impiçment ittihamlarını rədd edib


10:56     19 Yanvar 2020 tramp4.jpg


ABŞ prezidenti Donald Tramp impiçment ittihamlarını qəti şəkildə rədd edir və ona bəraət verilməsini tələb edir.

Femida.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin vəkillərinin Senata impiçment prosesinə çağırışla bağlı ünvanladığı 7 səhifəlik cavabında deyilir.

Sənəddə bildirilir ki, prezidentin atdığı addımlar tamamilə qanuni, adekvat olub və milli maraqların irəliləyişi üçün atılıb: "Prezident Tramp impiçmentin hər iki bəndi üzrə bütün ittihamları tamamilə və qəti surətdə rədd edir. Prezident onun üçün bütün mümkün müdafiə hüquqlarını saxlayır. Bu cavabda ifadə edilmiş səbəblərdən və qarşıdakı ifadədə Senat impiçmentə təqdim olunmanı rədd etməlidir".

Femida.az

Açar sözlər:

Oxunub: 913