Piyadanı vuraraq öldürən avtomobilin sürücüsü müəyyənləşib


20:16     19 Yanvar 2020 20_01_19_1579450711.jpg

Bu gün axşam saatlarında Bakı-Quba yolunda piyadanı vuraraq öldürən avtomobilin sürücüsü müəyyənləşib.

Femida.az -ın məlumata görə, hadisəni “90 RC 234” dövlət nömrə nişanlı "Nexia" markalı avtomobillə Xaçmaz rayon sakini İftixar Ələsgərovun törətdiyi bildirilir.

Hadisə zamanı ölən piyadanın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Açar sözlər:

Oxunub: 555