Ağdamda yol qəzası olub, ölən və yaralananlar var


21:23     19 Yanvar 2020 qeza.jpg

Ağdam rayonunda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə İmamqulubəyli kəndində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 879