Quba sakinindən qanunsuz saxlanılan ov tüfəngi götürülüb


09:33     20 Yanvar 2020 20_01_20_1579497816.jpg

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah aşkarlanaraq götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təngəaltı kənd sakini, 39 yaşlı Rahib Fətullayevə məxsus fərdi yaşayış evindən müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Açar sözlər:

Oxunub: 375