Bakıda 21 yaşlı gənc binadan yıxıldı


09:51     20 Yanvar 2020 20_01_20_1579499580.jpg

Bakıda 21 yaşlı gənc ağır xəsarət alıb.

Report xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.


Belə ki, 1999-cu il təvəllüdlü Musayev Məhəmmədəli Mübariz oğlu ehtiyatsızlıqdan ikinci mərtəbədən yıxılıb. Nəticədə, o, ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı M.Musayevə onurğa və ayağın sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Açar sözlər:

Oxunub: 428