İsmayıllıda qəza: bir nəfər ölüb, yeddi nəfər yaralanıb


11:11     20 Yanvar 2020 20_01_20_1579504367.jpg

Göyçay-İsmayıllı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 10:00 radələrində Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb. Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu qarşıdan gələn "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində "VAZ 21099"un sürücüsü, 1979-cu il təvəllüdlü Kərimov Malik Neyman oğlu hadisə yerində ölüb, 7 nəfər sərnişin – 1966-cı il təvəllüdlü Rauf Həsənov, 1957-ci il təvəllüdlü Nazim Süleymanov, 1999-cu il təvəllüdlü Ruslan Neymanzadə, 1993-cü il təvəllüdlü Türkanə İsrafilli, 1970-ci il təvəllüdlü Tərlan İsmayılov və adı hələ naməlum iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.



Hadisə yerinə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 430