Gürcüstan XİN başçısının müavini: “20 Yanvar və 9 aprel gələcək nəsillər üçün bir örnəkdir”


13:12     20 Yanvar 2020 20_01_20_1579511684.jpg

“20 Yanvar hadisələri böyük faciədir. Həmin hadisələrdən bir il öncə - 1989-cu ilin aprelin 9-da Tbilisidə də sovet qoşunları azadlıq uğrunda ayağa qalxan vətəndaşlara qanlı divan tutub”.

Bu barəüdə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia Tbilisidə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbirində bildirib.

Onun sözlərinə görə, hər iki qanlı hadisələr, cinayətlər sonun başlanğıcı idi:

“Gürcüstan və Azərbaycan xalqları və dövlətləri dost və qardaşdırlar. Hər iki dövlətin müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bu gün bir yerdə anılması da simvolik xarakter daşıyır”.

L.Darsalia deyib ki, 20 Yanvar və 9 aprel gələcək nəsillər üçün bir örnəkdir:

“Gələcək nəsillər bilməlidir ki, müstəqillik qanla və qurbanlarla əldə olunur və onu qoruyub saxlamaq lazımdır”.

XİN başçısının müavini hər iki qanlı faciələrin Gürcüstan və Azərbaycan xalqının yaddaşında daima yaşayacağını qeyd edib. O, azadlıq yolunda canlarından keçən şəxslərin xatirəsinə hörmət və ehtiramını ifadə edib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 741