Sürücünü bıçaqla hədələyib 150 manat aldı


18:02     20 Yanvar 2020 2020/01/_e8a8-1579520208_1579529190.jpg

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Qafarov yanvarın 16-da saat 22 radələrində idarə etdiyi “Cherry” markalı avtomobildə sərnişin qismində olan şəxsin onu bıçaqla hədələyərək 150 manat pulunu aldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilmiş və saxlanılması istiqamətində tədbirlər görülür.

Femida.az

Açar sözlər:

Oxunub: 839