Ərdoğan başsağlığı verdi


20:32     21 May 2015 ilham1.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə Bakıda yaşayış binasındakı faciə ilə bağlı başsağlığı verib.

Femida.az AzərTAc-a istinadən xəbər verir ki, o, Bakıdakı yaşayış binasında baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan yanğın hadisəsi haqqında xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib: “Bu faciəli hadisədə dünyasını dəyişən qardaş və bacılarımıza millətim adından və şəxsəm öz adımdan Allahdan rəhmət diləyir, onların ailələrinə, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirəm.
Ehtiyac yaranarsa, Türkiyənin bu məsələdə Azərbaycana hər cür dəstək verməyə hazır olduğuna heç bir şübhəniz qalmasın.
Sizə ən səmimi salamlarımı çatdırıram”.

Açar sözlər:

Oxunub: 653