İrandan Ukrayna təyyarəsinin vurulması ilə bağlı HESABAT
09:04 21 Yanvar 2020
İranın Mülki Aviasiya Təşkilatının Ukraynaya məxsus ”Boeing” təyyarəsinin vurulması haqqında ikinci ilkin hesabatı onu göstərir ki, təyyarə ZRK "Tor-M1" kiçik hərəkət radiuslu "yer-hava" tipli iki raketi tərəfindən vurulub.
Bu barədə İranın Mülki Aviasiya Təşkilatının saytında dərc edilmiş sənəddə bildirilir.
Hesabatdan göründüyü kimi, “Boeing 737-800”-ə şimaldan iki “Tor-M1” “yer-hava” tipli raket atılıb. Raketlərin dəyməsindən sonra təyyarə yaşayış sahəsindən yuxarıda sürətlə hündürlüyü itirməyə başlayıb, sonra əyləncə parkındakı "maneə" ilə toqquşub və yerə düşüb. Təyyarə sonra futbol meydançasına keçib, tamamilə dağılıb və alova bürünüb.
Sənədə əsasən təyyarə Tehrandan yerli vaxtla saat 6:12-də uçub, hava maşını 8,1 min fut (2,4 min kilometr) hündürlükdə olanda “Boeing”lə əlaqə itib. Layner saat 6:15-də və 6:18-də iki dəfə ilkin müşahidə radarlarından itib.
Mehrabad aeroportunun ilkin müşahidə radarlarının məlumatına görə, saat 6:15 təyyarə hərəkət istiqamətindən kənara çıxıb və sağa dönməyə başlayıb və "ehtimal ki," üç dəqiqə boyunca aeroporta tərəf uçuş davam edib. Sonra təxminən saat 6:18-də radarlardan itib.
Femida.az
Oxunub: 707
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- Makron: “İranla nüvə sazişinə qayıtmaq hələ də mümkündür”
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
- Ceyhun Bayramov İrana gedib
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək