Prezident Davosda "Rossiya" telekanalına müsahibə verib - FOTO


09:52     21 Yanvar 2020 20_01_21_1579585986.jpg

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində "Rossiya" telekanalının azərbaycanlı jurnalisti Nailə Əsgərzadəyə müsahibə verib.

Femida.az xəbər verir ki, bu barədə jurnalist "İnstagram" hesabında paylaşım edib.

“Ənənəvi olaraq Davos forumunda işə Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə ilə başlamışam. Efiri izləyin”,- deyə Əsgərzadə yazıb.

Qeyd edək ki, bu gün Davos Dünya İqtisadi Forumu işə başlayır və yanvarın 24-dək davam edəcək. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib.



Femida.az

Açar sözlər:

Oxunub: 3209