Avtomobildən oğurluq edən şəxs saxlanılıb


09:57     21 Yanvar 2020 hebs5.jpg

Bakıda ötən il avtomobildən oğurluq edən şəxs saxlanılıb.


Femida.az -ın xəbərinə görə, hadisə 2019-cu il noyabrın 11-də paytaxtın Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs Sənan Musayevə məxsus “Hyundai” markalı avtomobilindən 1205 avro, 20 ABŞ dolları və sənədlər oğurlayıb.

Daha sonra S.Məmmədov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nəsimi Rayon Polis İdarəsi (RPİ) 22-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1994-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elsevər Şükürov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 624