Bakıda dəm qazı zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb


10:50     21 Yanvar 2020 hebs5.jpg

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.


Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 15, mənzil 33-də qeydə alınıb. Həmin ünvanda yaşayan Liliya Çuprikova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


Femida.az

Açar sözlər:

Oxunub: 667