Hədə-qorxu ilə tələb etməyə görə hansı cəza verilir? - Hüquqi yardım


10:59     21 Yanvar 2020 2020/01/1559163006_h_1579590655.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu hədə-qorxu iə tələb etməyə görə yaranan məsuliyyətlə bağlıdır.



Hədə-qorxu ilə tələb etməyə görə hansı cəza verilir?

Zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə məsuliyyətə səbəb olur.
Bu kimi hərəkətlərə yol vermiş şəxslər üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Hazırladı: Miri Məcidli
Femida.az



Açar sözlər: #hüquq   #femida   #cinayət  

Oxunub: 3903