Dəmir yolundan oğurluq edən şəxs tutuldu


11:11     21 Yanvar 2020 2020/01/83078-1579589793_1579590743.jpg

Ötən gün dəmir yol ustası Cosqun Salmanov NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İmişli XPŞ-nin Şirvan Xətt Polis Bölməsinə müraciət edərək Xıdırlı-Qaragüney dəmir yolu mənzilinin 15 km-də 1-ci puketdən 5-ci puketə qədər olan məsafədə 47 ədəd rels altlığının və ona məxsus 188 ədəd rels bərkidicinin oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şirvan Regional qrupundan Femida.az-a verilən məlumata görə, Şirvan Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayonu Atbulaq kənd sakini Həbib Şıxəliyev saxlanılıb.

Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib, oğuladığı rels altlıqları və bərkidicilər ona məxsus evin həyətindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan Xətt Polis Bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 887