658 məhkum cəza çəkməkdən azad olunub


12:20     21 Yanvar 2020 2020/01/1a31bf9a-d588-446f-8567-78a5cc970710_1579594906.jpg


2019-cu ildə 658 məhkum cəza çəkməkdən azad olunub.

Femida.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi zamanı məlumat verilib.

Dövlət başçısının təşəbbüsü əsasında 20 oktyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş Qanunun icrası davam etdirilib, 658 məhkum cəza çəkməkdən azad olunub, 2591 məhkumun cəza müddəti azaldılıb, 452 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 16 mart tarixli Əfv sərəncamı vaxtında və dürüst icra edilib, 399 məhkumun cəzanın qalan hissəsini çəkməkdən azad edilib, 3 məhkumun isə ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #məhkum   #ədliyyə  

Oxunub: 3339