Ötən il həbsxanalara 85 mobil telefonun keçirilməsinin qarşısı alınıb


12:27     21 Yanvar 2020 20_01_21_1579595508.jpg


2019-cu ildə penitensiar müəssisələrin əməliyyat aparatlarının məlumatları əsasında 622 cinayətin açılmasına köməklik göstərilib.

Femida.az-ın məlumatına görə, görülmüş işlərin nəticəsi olaraq məhkum və həbs olunmuş şəxslər tərəfindən törədilmiş rejim pozuntularının sayı əhəmiyyətli dərəcədə azalıb.

Penitensiar müəssisələrə qadağan olunmuş əşyaların daxil olunmasının qarşısını almaq məqsədilə həyata keçirilən nəzarət gücləndirilib, nəticədə axtarış-baxış, habelə əməliyyat tədbirləri nəticəsində 88 fakt üzrə 125,7 qram narkotik və psixotrop maddə, 85 mobil telefon, habelə 68,5 litr spirtli içkinin penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınıb.

Cinayətkarlıqla mübarizə işində respublikanın hüquq-mühafizə orqanları birgə görülmüş əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim olunmuş 6 ədəd tüfəng, 30 ədəd güllə və 1 ədəd soyuq silah (süngü-bıçaq) aşkar edilərək ərazi polis orqanlarına təhvil verilib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #həbsxana   #telefon  

Oxunub: 836