Prezident İlham Əliyev Mixail Qusmanı təbrik edib
13:25 21 Yanvar 2020
Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana təbrik məktubu göndərib.
Femida.az bildirir ki, məktubda deyilir:
"Hörmətli Mixail Solomonoviç,
70 illik yubileyinizlə əlaqədar mənim səmimi-qəlbdən təbriklərimi və ən yaxşı arzularımı qəbul edin.
Sizin geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə layiqli nüfuz və hörmət qazandırıb. Xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində əvəzsiz müəllifi və aparıcısı olduğunuz "Hakimiyyətin formulu" verilişi bütün dünyada tamaşaçı auditoriyası arasında çox populyardır.
Azərbaycanda Sizi sevir və dəyər verirlər. Siz uzun müddət ərzində Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə geniş töhfə verirsiniz və bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xidmət edirsiniz.
Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, gələcək yaradıcılıq uğurları arzulayıram, ən xoş arzularımı çatdırıram".
Femida.az
Oxunub: 581
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib