Ağcabədidə axtarışda olan şəxs tutulub


13:29     21 Yanvar 2020 2020/01/15795-1579598453_1579599020.jpg

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan A.Məmmədov Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, davam etdirilən tədbirlərlə onun şəhər ərazisindəki evindən 101 qrama yaxın heroin, 50 qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 411