"Viski" əməliyyatının tələbə qurbanı barədə YENİ XƏBƏR


13:49     21 Yanvar 2020 2020/01/1579596727374_KLde5nJ4_1579600244.jpeg

Bakıda keçirilən saxta spirtli içki əməliyyatında saxlanılan tələbə İsmayıl Talıblı ilə bağlı oxuculara məlumat vermişdik.

Bu gün isə onun atası Nazim Talıbovun müraciəti əsasında apelyasiya məhkəməsi baş tutub. Proseslə əlaqədar Nazim Talıbov Lent.az -a danışıb:

“Apelyasiya məhkəməsi təzəcə bitib. Qapalı keçirildiyi üçün məni içəri buraxmadılar. Müstəntiq, prokuror, hakim və oğlum iştirak edib. Hazırda məhkəmənin cavabını gözləyirəm”.

N.Talıbov həmçinin yeni ombudsman Sevinc Əliyevanın problemlə yaxından maraqlandığını və ona təşəkkür etdiyini də bildirib:

“Ombudsman Sevinc Əliyevaya təşəkkür edirəm. Keçən həftə təcridxanaya gedib oğlumla şəxsən görüşüb. İsmayıl olanlar barədə Sevinc xanıma ətraflı məlumat verib. Ombudsman da məsələmizlə bağlı aidiyyatı orqanlara müraciətini ünvanlayıb və deyir ki, göndərilən müraciətin icra olunur. Yanvarın 10-da keçirilən 1-ci instansiya məhkəməsi oğlumun bu şəxslərlə əlbir olduğunu və bəraət alıb çıxacağı təqdirdə onların törətdiyi əməli təkrarlayacağını ehtimal edib. Axı xəstəlikdən əziyyət çəkən və illik təhsil haqqını ödəmək üçün gecələr işləyən bir gəncin belə ehtimalla tutulması nə dərəcədə doğrudur? Oğlum artıq bu semestr iki imtahana daxil ola bilməyib. Universitetdən bildiriblər ki, İsmayıl azadlığa çıxandan sonra gəlib imtahanın verə bilər”.

Femida.az

Açar sözlər:

Oxunub: 677


Oxşar xəbərlər