Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı açıqlandı


14:05     21 Yanvar 2020 msk3.jpg

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı ictimailəşdirilib.


Femida.az-ın məlumatına görə, Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısını ictimailəşdirməlidir.Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar bu müddət yanvarın 20-dək olan dövrü əhatə edib.

Artıq Mərkəzi Seçki Komissiyasının saytında qeydə alınmış deputatlığa namizədlərin siyahısı yerləşdirilib. Siyahıda 1542 deputatlığa namizəd yer alıb.

Açar sözlər:

Oxunub: 613