Zakir Həsənov ümummilli lider Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib


14:34     21 Yanvar 2020 zakir_hasanov_131014_1_420x2508.jpg

Yanvarın 21-də Gürcüstana səfərə gələn Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisi şəhərinin mərkəzində Heydər Əliyev adına Parkı ziyarət edib.


Bu barədə Femida.az Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Bildirilir ki, nümayəndə heyəti xalqımızın Ümummilli Liderinin abidəsi önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad edib.

Qeyd edək ki, səfər çərçivəsində Müdafiə nazirinin qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir.

Açar sözlər:

Oxunub: 656