7 saylı avtobusda cibgirlik edənlər saxlanılıb (FOTO)
14:48 21 Yanvar 2020
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən sərnişin avtobuslarında cibgirliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbir zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 7 saylı avtobuslarda cibgirlik edən iki nəfər şəhər sakini əvvəllər məhkum olunmuş Məmməd Məmmədov və Elnur Abbasov saxlanılıblar.
Araşdırma zamanı hər iki şəxsin avtobuslarda ümumilikdə 4 vətəndaşın cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladıqları müəyyən edilb. Qeyd edək ki, bu şəxslərin avtobuslarda cibgirlik etmələri nəqliyyat vasitələrində quraşdırılan müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb.
Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. E.Abbasov və M.Məmmədovun Sumqayıt, eləcə də paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Femida.az
Oxunub: 634
Oxşar xəbərlər
- 70 mindən çox insana vaksin vuruldu
- 700-dək qaziyə əlillik dərəcələri təyin olunub
- 700-ə yaxın qazi işlə təmin olunub
- 7 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
- 7 minə yaxın şagird üçün milli qiymətləndirmə keçiriləcək
- 74 yeni yoluxma - 3 ölüm
- 748 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib
- 78 yaşlı kişi evində yanaraq ölüb
- 73 obyektdə epidemiya əleyhinə rejim pozulub
- 7 şagird koronavirusa yoluxdu