Ötən il yollarda 3 milyondan çox qayda pozuntusu aşkar olunub - RƏSMİ


15:55     21 Yanvar 2020 2020/01/1579606055445_Hfkbdit3-(1)_1579607794.jpeg

“2019-cu ildə 7 min 316 nəfərin sürücülük hüququ əlindən alınıb”.


Femida.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov “2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi”ndə deyib:

“Yaradılan imkanlardan istifadə etməklə əməkdaşlar ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar ki, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb”.

Açar sözlər:

Oxunub: 532