Ailə, qadın və uşaq məsələləri ilə bağlı qəbul keçiriləcək


16:30     21 Yanvar 2020 20_01_21_1579609899.jpg


Naftalan şəhərində ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək


Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.

27 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva saat 12:00-da Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Naftalan, Mingəçevir, Yevlax, Goranboy, Xocalı rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaq.

Görüş çərçivəsində Naftalan şəhərində qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 698


Oxşar xəbərlər