Gəncə sakinindən "Kalaşnikov AK 74" markalı avtomat götürülüb - FOTO


16:31     21 Yanvar 2020 2020/01/1579609414590_2YEbDsgz_1579609971.jpeg

Gəncə sakinindən silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az -a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Osman Mərdənov saxlanılaraq Polis İdarəsinə gətirilib. Şəxsi axtarış zamanı 1 ədəd üzərində “Makarov” sözü yazılan, qaz tapançası aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, buraxılış ili və nömrəsi silinmiş “Kalaşnikov AK 74” markalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 30 ədəd 5.45 mm kalibirli avtomat güllələri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 580