Ədliyyə nazirinin müavini Şamaxıda vətəndaşları qəbul edəcək


19:22     21 Yanvar 2020 20_01_21_1579610626.jpg

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 24-də Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən Şamaxı rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Femida.az xəbər verir ki, Şamaxı şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27a) keçiriləcək qəbulda Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi 111; əlaqə telefonu: (02027) 4-30-41, (050) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Şamaxı şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazir müavininin həmin gün keçiriləcək qəbuluna Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

Femida.az

Açar sözlər: #Ədliyyə  

Oxunub: 929