Bakıya gətirilən yeni qatarlardan biri istifadəyə verilib
18:01 21 Yanvar 2020
tən ay Bakıya gətirilən yeni elektrik qatarlardan biri artıq istifadəyə verilib.
Bu barədə Femida.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat veriblər.
Qeyd olunub ki, istismara verilən qatar hazırda Bakı-Pirşağı marşrutu üzrə hərəkətdədir:
"Elektrik qatarlarından biri artıq istismara verilib və hazırda Bakı-Pirşağı marşrutu üzrə hərəkətdədir. Digəri isə hələlik sınaq müddətində olduğu üçün istismara qəbul edilməyib".
Xatırladaq ki, ötən ay "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group” şirkətindən daha 2 ədəd KISS markalı ikimərtəbəli elektrik qatarı alıb. Yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində işləyəcək. İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 18.01.2018-ci ildə bağlanan müqaviləyə əsasən alınan hər biri 4 vaqondan ibarət qatarda birinci sinif (9 yer), biznes (62 yer) və standart (300 yer) olmaqla, cəmi 371 oturacaq yeri var.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu günədək, “Azərbaycan Dəmir Yolları” QSC “Stadler Rail” şirkətindən hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı alıb. Bu qatarlar Bakı-Gəncə, Bakı-Sumqayıt və Bakı-Pirşağı marşrutlarında işləyirlər.
Femida.az
Oxunub: 778
Oxşar xəbərlər
- Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
- Bakıya gediş-gəliş nə vaxt açılacaq? - RƏSMİ CAVAB
- Bakıya giriş-çıxış yanvarın 25-dək bağlı olacaq
- Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi
- Bakıya yeni liftlər gətirilib
- Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib
- Bakıya 4 yeni metro qatarı gətirildi
- Bakıya 115 kiçiktutumlu avtobus gətiriləcək
- Bakıya girişlə bağlı DYP-dən sürücü və sərnişinlərə XƏBƏRDARLIQ
- Bakıya yeni 18 metrlik avtobuslar gətirildi