Elşad Hacıyev: Əmin olsunlar ki, geci-tezi var!
17:16 21 Yanvar 2020
Cinayətə meyilli şəxslər tək özlərinin yox, həm də ailə üzvlərinin – qohumlarının, övladalarının “tərcümeyi-hal”nı ləkələyir. Bu ləkə, bir ömür boyu onları təqib edir.
Femida.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, tutulan şəxslər barədə gündəlik məlumatlandırmanı həyata keçirməkdə məqsədimiz ona yönəlib ki, cinayətə meyilli şəxslərə ibrət olsun, bu əməllərdən çəkinsinlər.
E.Hacıyev qeyd edib ki, ötən il paytaxtda qeydə alınan cinayətlərin statistikası açıqlanıb: “Qeydə alınan hər bir cinayət faktı üzrə xeyli insan əziyyət çəkib və bir ömür boyu başqasının qeyri-insani düşüncəsi ucbatından zərərçəkmişə çevrilib. İndi baxaq, məsuliyyətə cəlb olunanlar, özü ilə bərabər nə qədər cinayətlə əlaqəsi olmayan doğmalarına ziyan vurub, onları sarsıdıb. Bunu həmin şəxslər nəzərə alırmı? Mübahisəlidir. Anlayışlı şəxs ictimai təhlükəli əməlinin nəticəsini görməli olduğu halda görmürsə, bu, onun mənəvi-əxlaqi keyfiyyətləri ilə bağlıdır.”
Xidmət rəisi əlavə edib ki, mülkiyyət əleyhinə olan cinayətlərdə əgər cinayətə meyilli şəxs başqasının alın təri ilə qazandıqlarını talamağı qarşısına məqsəd qoyub özünü və yaxın ətrafını xoşbəxt edəcəyini düşünürsə, yanılır: “Onlar heç bir halda cəza təhdidindən xilas ola bilməyəcəklər. Əmin olsunlar ki, geci-tezi var!".
Oxunub: 715
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"