Parlament seçkiləri ilə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib


19:46     21 Yanvar 2020 publika.az1442908166secki-vote-election.jpeg

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.


Femida.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, indiyə qədər 30231 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 29219 müşahidəçi dairə seçki komissiyalarında, 1012 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.

Femida.az

Açar sözlər:

Oxunub: 683