Bakıda oğrular iş başından tutuldu
17:50 21 Yanvar 2020
Yanvarın 19-da saat 21 radələrində Səbail rayonu A.Zeynallı küçəsində “Volvo” markalı avtomobildən oğurluğa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, həmin şəxsin paytaxt sakini X.Mustafayev olduğu müəyyən edilib və o, 9-cu Polis Bölməsinə təhvil verilib.
Bundan başqa yanvarın 20-də saat 2 radələrində Masazır qəsəbəsindəki qorunan evlərin birindən Abşeron Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərənlər - Göyçay rayon sakini N.Kərimov və Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nərimanov saxlanılaraq Abşeron RPİ-yə təhvil veriliblər. Hər iki faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 792
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb