Qadını aldaraq 15 min manatını alıb - VİDEO


21:15     21 Yanvar 2020 20_01_21_1579624877.jpg

Qadını aldadaraq ona dövlət tərəfindən güzəştli ev veriləcəyi adı ilə 15 min manatını alıb. Sevda Aslanova adlı xanımın iddiasına görə onu Astara rayonunda qeydiyyatda olan amma hazırda Sumqayıtda yaşayan Zəfər Əliyev adlı şəxs aldadıb. Pulu aldıqdan sonra isə həmin şəxs aradan çıxıb.


3 uşaq anası və kirayədə yaşan xanımı 51 yaşlı kişi aldaraq 15 min manatını alıb. Paytaxt sakini Sevda Aslanovanın iddiasına görə qonşuluğuna tez-tez gələn və özünü vəkil kimi təqdim edən Zəfər Əliyev adlı şəxs ona güzəştli ev alacağını deyərək 15 min manatını alıb.

Şirniyyat sexində işləyən xanımın inanması üçün onu aldadan şəxs hətta Milli Məclisin adından da istifadə edib.

Biz də sözü gedən Əliyev Zəfər Güləddin oğlu ilə əlaqə saxlamaq çalışsaq da telefonları bağlı olduğundan buna nail ola bilmədik. Şikayətçinin sözlərinə görə elə qonşusuda indi həmin şəxsi axtarır.

Polisdən Sevda Aslanovaya verilən məlumata görə sözü gedən şəxs faktiki olaraq Sumqayıtda yaşadığından iş Sumqayıt polisi tərəfindən araşdırılır. Sumqayıt şəhər polis idarəsindən isə ''Xəzər Xəbər'' ə bildirildi ki, faktla cinayət işi açılıb sözügedən şəxsin axtarışları davam etdirilir.


Açar sözlər:

Oxunub: 569