Beşqat dünya çempionu bəraət alıb


21:57     21 Yanvar 2020 2020/01/7b9d8b9b-facb-4c73-8540-8c42ad38e24d_1579625916.jpg

Binəqədi Rayon Məhkəməsində kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Məcidova bəraət hökmü verilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı Zaur Əfəndiyev apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin ilkin baxış iclası yanvarın 24-nə təyin edilib.

Qeyd edək ki, E.Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. Qayınatası Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirləndirilən E.Məcidov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərərvurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.

Bakı Ağır Cinayətlər Məhkəməsi E.Məcidova soyuq silah gəzdirmə əməli üzrə bəraət verib, xuliqanlıq və qəsdən ağır xəsarət yetirməyə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Xatırladaq ki, E.Məcidovun cinayət işinə baxılan zaman onun barəsində daha bir cinayət işi başlanılıb. Ona Cinayət Məcəlləsinin 32.4, 313-cü (vəzifə saxtakarlığı, ələ alma) və 294.1-ci (sübutları saxtalaşdırma, mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddələri ilə ittiham elan olunub.

Açar sözlər:

Oxunub: 900


Oxşar xəbərlər