Keçmiş məhkumdan 1 kq-dan çox heroin aşkarlanıb


09:27     22 Yanvar 2020 heroin%20narkotik.jpg

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.


Femida.az-ın məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotik alverində təqsirli bilinərək məhkum edilən, 1992-ci il təvəllüdlü Rafiq Mehdiyev saxlanılıb.

Onun üzərinə və əşyalarına baxış keçirilərkən əlində olan göy rəngli sellefondan 1 kq 108 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər:

Oxunub: 587