Ağac kəsən şirkət cərimələndi
10:04 22 Yanvar 2020
Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən Femida.az-a verilən xəbərə görə, araşdırma zamanı “Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti altına düşən ağacların köçürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza İdarəsi tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı və ağacların bir qisminin kəsildiyi aşkar edilib. Faktla bağlı icraçı “Bayburd” tikinti şirkəti barəsində protokol tərtib edilib və şirkət 26760 manat məbləğində cərimə olunub.
Femida.az
Oxunub: 543
Oxşar xəbərlər
- Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib
- Ağacları qanunsuz kəsdiyinə görə şirkətə cinayət işi açılıb
- Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib
- Ağacları kəsən şəxs cəzalandırılıb
- Ağac kəsənlərə cinayət işi açılıb
- Ağacları kəsən şəxsə cinayət işi açıldı
- Ağacların yanması ilə bağlı şikayət araşdırılıb
- Ağacları kəsən şirkət cəzalandırılıb
- Ağacların məhv edilməsilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərildi
- Ağacla döyülən qadının şikayəti DİN-in nəzarətinə götürülüb