Piyada bir neçə maşının altında qaldı (VİDEO)


10:34     22 Yanvar 2020 20_01_22_1579674898.jpg

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.


Femida.az -ın məlumatına görə, hadisə 21:00 radələrində Bakı-Qazax magistral yolunun Qarasu və Padar kəndləri arasında baş verib.

Avtomobillərin qarşısına çıxan hələlik kimliyi məlum olmayan piyadanı "Ford" markalı yük avtomobili vurub. Daha sonra arxadan gələn bir neçə maşın onun üstündən keçib. Vurulan piyada tanınmaz hala düşüb. Onun meyiti məhkəmə tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.



Açar sözlər:

Oxunub: 625