Bakıda axtarışda olan şəxs saxlanılıb


10:44     22 Yanvar 2020 20_01_22_1579675523.jpg

Bakıda axtarışda olan şəxs saxlanılıb.

Femida.az -ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Ələm Ələmov saxlanılıb. Onun üzərindən və yaşadığı evdə aparılan axtarış zamanı 520 qram heroin, 264 qram metamfetamin və 508 ədəd metadon həbi aşkar edilib.

Qedy edək ki, Ə.Ələmov əvvəllər də Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə məhkum edilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 543