Parlament seçkilərilə əlaqədar MSK-ya daxil olan müraciətlərin sayı açıqlanıb


11:16     22 Yanvar 2020 2015-07-09-22-04-32msk.jpg

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 32 müraciət daxil olub.

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, ötən ilin dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı da şikayətlərin sayı əvvəlki seçkilərdəkindən müqayisəolunmaz dərəcədə azalıb:

“Hesab edirəm ki, Milli Məclisə seçkilərlə əlaqədar da bunun şahidi olacağıq. İndiyə qədər müqyisə olunmayan bir nəticə əldə olunub. Yəni, bütün tərəflərdən MSK-ya 32 müraciət daxil olub. Bu da aparılan tədbbirlərin nəticəsində əldə edilib”.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək

Femida.az

Açar sözlər:

Oxunub: 555